Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında bağlanmış ən mühüm dövlətlərarası sənəddir

0

  •       44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Böyük zəfər, onun beynəlxalq arenada mövqeyini birə-beş artırdı. İndi bir çox hallarda dünya dövlətləri öləmizi dəstəkləyir, müxtəlif məsələlərdə Azərbaycanın haqlı mövqeyini müdafiə edirlər. Bəzi dövlətlər Azərbaycanla hərtərəfli əməkdaşlığa can atır, digər bir qurup ölkələr isə Azərbaycanda yaranmış yüksək investisiya mühitindən bəhrələnməyə çalışırlar. Bunun üçün dünyanın bir çox məşhur siyasətçiləri və dövlət xadimləri Azərbaycanda təşkil edilən beynəlxalq forumlarda iştirak edir və ölkəmizlə dünya dövlətləri arasında müxtəlif məzmunlu müqavilələr imzalanır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​       Əlbəttə, Vətən müharibəsi dövründə olduğu kimi, postmüharibə övründə də qardaş Türkiyənin ölkəmizə göstərdiyi misilsiz dəstəyi heç bir şeylə müqayisə etmək olmaz. Müharibədən sonrakı dövrdə Türkiyə cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın, eləcə də qardaş ölkənin hökumət və dövlət nümayəndələrinin ölkəmizə dəfələrlə səfər etmələri ölkələrimiz arasındakı qardaşlığın bariz nümunəsidir. Türkiyənin ölkəmizə dəstəyi sözdə deyil, əməldə də özünü göstərməkdədir. Hal-hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində də qardaş ölkənin ayrı-ayrı şirkətləri də fəal şəkildə iştirak edirlər.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​       İki ölkə arasındakı qardaşlıq münasibətləri 2021-ci ilin 15 iyun tarixində imzalanmış möhtəşəm Şuşa Bəyannaməsi ilə nəticələndi. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında bağlanmış ən mühüm dövlətlərarası sənəd idi. Ölkələrərimiz arasında əvvəllər də müxtəlif səpgili müqavilələr imzalanmışdır. Ancaq onların heç biri Şuşa Bəyannaməsi ilə müqayisə edilə bilməz. Bu bəyannamənin möhtəşəmliyi ondan ibarətdir ki, Şuşa Bəyannaməsi iki ölkə arasındakı bütün sahələri əhatə edir. Bəyannamədə hərbi, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq öz əksini tapmışdır. Artıq Türkiyənin və Azərbaycanın hər hansı birinin torpaq bütünlüyünə təhlükə yarandıqda iki qardaş ölkənin heç bir beynəlxalq qurumun mandatını almadan bir- birlərinə hərbi yardım​ etmək hüququ yaranmışdır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​         Şuşa Bəyannaməsi Azərbaycan Respublikası adından ölkə başçısı Cənab İlham Əliyev, Türkiyə cümhuriyyəti adından ölkə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanarkən tərəflər, Türkiyə cümhuriyyətinin qurucusu qazi Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci də bizim sevincimizdir", müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin "Bir millət, iki dövlət" deyimlərini əldə rəhbər tutmuşlar. Bu sənəd onu göstərir ki, Azərbaycan ilə Türkiyə arasındakı tarixi bağlar, qardaşlıq əbədidir, sarsılmazdır. Bu qardaşlığa Çanaqqala savaşından Vətən müharibəsinə qədər onlarla misal gətirmək mümkündür.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​         Azərbaycan Respublikası ilə Türkiyə cümhuriyyəti arasında imzalanmış Şuşa bəyannaməsinə təkcə iki qardaş ölkə arasında bağlanmış tərəfdaşlıq müqaviləsi kimi baxmaq olmaz. Bu bəyannamə strateji baxımdan həm də ona görə əhəmiyyətlidir ki, müqavilə NATO üzvü olan böyük bir dövlətlə bağlanır. Bütün bunlar da onu göstərir ki, Azərbaycan ordu qaruculuğunda NATO standartlarına uyğun, müasir texnologiyalar uyğun ordu yaradılmasına üstünlük verəcəkdir. Eyni zamanda bu bəyannamə Şimali Atlantika blokuna daxil olan digər ölkələrlə də hərbi sahədə əməkdaşlıq edəcəkdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​         Şuşa Bəyannaməsindən ötən bir il onu göstərdi ki, hər iki ölkə bu bəyannamədə nəzərdə tutulmuş bütün müddəaları yerinə yetirmək əzmindədirlər. Bunu hər iki ölkə başçılarının, hökumət nümayəndələrinin qarşılıqlı əfərləri, müxtəlif səpgidə aparılan fikir mübadilələribariz şəkildə sübut edir. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan üçün çox böyük strateji əhəmiyyətli sənəd olduğu üçün hər iki ölkənin gələcək inkişafına böyük töhfələr verəcəkdir. Yaşasın Türkiyə Azərbaycan qardaşlığı!​ ​ ​Yaşar Məhərrəmov,Xocalı rayonundan məcburi köçkün ​ ​ ​ ​
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib41 dəfə
    Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında bağlanmış ən mühüm dövlətlərarası sənəddir

    Maraqlı gələ bilər
    38
    280